Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir
20-10-2021
1. Azərbaycan Respublikası Mərkəzi Bankının avtomatik telefon stansiyasının (ATS) təkmilləşdirilməsi işlərinin satın alınması,
2. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan mebel avadanlıqları, habelə qapı-pəncərə sistemləri üçün ehtiyat hissələrinin satın alınması.
Kotirovka sorğusu üzrə əsas şərtlər toplularını əlaqələndirici şəxslərdən əldə etmək olar.
Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 04 noyabr 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və 05 noyabr 2021-ci il saat 10:00-da Satınalmalar komissiyası tərəfindən Mərkəzi Bankın inzibati binasında açılacaqdır.
Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov, telefon – (012) 493 11 22 (daxili 428), Elnur Musayev, telefon – (012) 493 11 22 (daxili 490),
Satınalmalar komissiyası