Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması ilə bağlı TENDER ELANI

26-10-2021


1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınmasına dair açıq tender üsulu ilə elektron satınalma keçirir.

2. Tender proseduru 26 noyabr 2021-ci il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcəkdir.

3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Asan Ödəniş Sistemi vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində iştirak haqqı ödəməklə Portal vasitəsilə Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

kod 501004, VÖEN 9900071001

Hesab: AZ25NABZ01701190000000001944

Müxbir hesab AZ74NABZ01451700000000001944

S.W.I.F.T. BİK NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 12 yanvar 2022-ci il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- iddiaçının tender predmeti üzrə ən azı 2 (iki) il təcrübəsin əks etdirən məlumatlar (sorğu keçirilmiş korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- iddiaçı tərəfindən tender predmeti üzrə istifadə olunacaq proqram təminatı (SPSS, PASW Statistics, Rython, Spark SQL və bu tipli digər) və onun işləmə prinsipi haqqında məlumat;

- iddiaçı ilə əlaqəli şəxs olmayan və ya onun üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı 2 (iki) korporativ müştəri tərəfindən verilən tövsiyə məktubu;

- ev təsərrüfatlarının sayı və bu say üzrə regional seçmə planı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən plana uyğun);

- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər sənədlər.

6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını ən geci 25 noyabr 2021-ci il saat 18.00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 17 noyabr 2021-ci il saat 15.00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Xidmətin göstərilməsi müddəti: satınalma müqaviləsi imzalandıqdan sonra 2022-ci il ərzində 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) olmaqla.

8. Qiymətləndirmə meyarları: maliyyə amili və iş təcrübəsi (oxşar işlər üzrə xidmət göstərilmiş korporativ müştərilərin sayı).

9. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Tender komissiyası