Xəbərlər

Elan

28-10-2021

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 29.10.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planı, startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması imkanlarının nəzərdən keçirilməsi, vençur və kraudfanding mexanizmlərinin hüquqi çərçivəsinin və onlara zəmanət mexanizmlərinin formalaşdırılması və xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması üzrə işlərin aparılmasına dair birgə müzakirәlәr aparılacaqdır.

Görüşün gündəliyi və komissiyanın gözlənilən iclasına dair müvafiq link:

https://azranking.az/az/protocols-announcements/Maliyyə%20bazarlarının%20inkişafı%20və%20kreditlərin%20əlçatanlığı%20İşçi%20qrupunun%20iclası-75.html

YER: “Webex” onlayn platforması.