Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir

16-11-2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı Zebra 110 Xİ4 printeri üçün etiketin satın alınması üzrə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusu üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxslərdən əldə etmək olar.

Kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 01 dekabr 2021-ci il saat 17:30-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və 02 dekabr 2021-ci il saat 10:00-da Satınalmalar komissiyası tərəfindən Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər – Elvin Şirdanov, telefon - 493 11 22 (daxili 428) ; Elnur Musayev telefon - 493 11 22 (daxili 490).

 

Satınalmalar komissiyası