Xəbərlər
Sığorta sektoru üzrə “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsinin növbətimərhələsi başa çatmışdır
24-12-2021
24 dekabr 2021-cI il: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkəmizin sığorta sektorunun beynəlxalq təcrübəyə uyğun inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq “Peşəkar kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində sığorta məhsullarının satışında iştirak edən əməkdaşlar və sığorta agentləri üçün cari ilin 8 iyun - 24 avqust tarixlərində keçirilmiş kursların iştirakçıları ilə görüş keçirilmişdir.
Qeyd edilən təlim proqramı ölkəmizin sığorta sektoru üzrə mövcud vəziyyəti ətraflı təhlil edilərək Türkiyə Cümhuriyyətinin sığorta sektoru üzrə nüfuzlu qurumu TSEV - Türk Sigorta Enstitüsü Vakfı ilə birlikdə tərtib edilmişdir.
Tədbirdə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev, Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov təlim iştirakçılarını kursları bitirməkləri münasibəti ilə təbrik etmiş, onların fəaliyyətinin sığorta sektorunun inkişafında əhəmiyyətindən və perspektivdəki işlərdən bəhs etmişlər. Layihənin meneceri Xumar Hüseynova iştirkaçılara sığorta maarifləndirməsi məqsədilə müxtəlif hədəf qrupları, o cümlədən sığortaçıların özləri üçün yaradılmış video dərsləri Virtual təhsil platformasında təqdim etmişdir.
Kursu uğurla bitirən 81 nəfər iştirakçıya sertifikatlar təqdim edilmişdir.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan