Xəbərlər
Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir
29-12-2021
28 dekabr 2021-ci il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclası keçirilmişdir.
Pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, həmçinin Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planı çərçivəsində il ərzində görülmüş işlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur. İclasda həmçinin təbii resursların idarəedilməsi indeksinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına daxil edilməsi və bu istiqamətdə görüləcək işlərlə bağlı təkliflərin formalaşdırılması müzakirə edilmişdir.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alındı.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan