Xəbərlər

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

30-12-2021

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə siyahıda göstərilən (siyahı əlavə olunur) 4 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.


Bundan əlavə, İdarə Heyətinin eyni tarixli qərarı ilə lisenziya sahiblərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq Qanunun 107.1.2-ci maddəsinə müvafiq olaraq siyahıda göstərilən (siyahı əlavə olunur) 47 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

 

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə əsasən ləğv olunan lisenziyaların

SİYAHISI