Xəbərlər
“Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsində qalib olan və fərqlənən məktəblər və şagirdlər təltif edilmişdir
25-01-2022
25 yanvar 2022-ci il, Bakı: Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 may 2019-cu iI tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Siğorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosasiyası ilə birlikdə genişmiqyaslı layihələr həyata keçirir.
Bu layihələr çərçivəsində “Maliyyə savadlılığı ayı” (noyabr, 2021) ərzində “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Virtual kurs müsabiqəsində 60 məktəb və 205 şagird, rəsm müsabiqəsində isə 64 məktəbdən 309 məktəbli iştirak etmişdir. Hər iki müsabiqə məktəblilər tərəfindən olduqca maraqla qarşılanmışdır.
25 yanvar 2022-ci il tarixində müsabiqədə qalib olan və fərqlənən məktəblər və şagirdlər Mərkəzi Bankda təltif edilmiş, onlara sertifikatlar və hədiyyələr təqdim edilmişdir. Müsabiqədə qalib gələn və fərqlənən şagirdlərin çoxluğunu nəzərə alaraq şagirdlərin digər qisminin təltif mərasimləri 26-28 yanvar 2022-ci il tarixlərində davam etdiriləcəkdir.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan