Xəbərlər
Elan
03-02-2022
Azərbaycan Respublikasının Mərkəzi Bankı ümumtəhsil məktəblərində Maliyyə savadlılığının ictimai dəyər kimi tanınması, şagirdlərin maliyyə savadlılığı səviyyəsinin artırılması, həmçinin maliyyə məsələləri ilə bağlı düzgün qərarlar vermək vərdişlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə “Uşaqlar və pullar” virtual kursu üzrə iki dildə 10-16 yaşlı şagirdlər arasında 03 fevral – 11 mart 2022-ci il tarixlərində müsabiqə elan edir.
Kurslar Mərkəzi Bankın iqtisadi maarifləndirmə məqsədilə yaratdığı Virtual Təhsil Platformasında təqdim edilmişdir (https://edu.e-cbar.az/).
Müsabiqənin nəticələri Qlobal Pul həftəsində (https://globalmoneyweek.org/, 21-27 mart 2022-ci il) elan ediləcəkdir.
Virtual kurs müsabiqəsində iştirak üçün şagirdlər Mərkəzi Bankın Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) “Uşaqlar və pullar ” və ya “Дети и деньги” distant kurslarından birində qeydiyyatdan keçməlidirlər. Şagirdlər qeyd olunan kursların birində videodərsləri dinlədikdən sonra onların valideyni və yaxud müəllimi ən geci 21 fevral 2022-ci il saat 18:00-dək Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə test gününü, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar. Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz:
https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M
Testdə onlayn iştirak edən uşaqlar evlərindən və ya məktəblərindən onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar.
Ənənəvi imtahan vermək istəyən uşaqlar isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.
Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 5983550 telefon nömrəsinə zəng vura, yaxud
Maliyya_Savadliligi@cbar.az elektron poçtuna yaza bilərlər.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan