Xəbərlər
Mərkəzi Bankın maliyyə savadlılığı layihələri çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlər davam etdirilir
18-02-2022
18 fevral 2022-ci il, Bakı: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021 tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2021-ci ilin fevral və mart aylarında “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsi təşkil edilmişdir.
Ümumilikdə müsabiqəyə ölkə üzrə 7-14 yaş qrupundan olan 800 nəfərə yaxın məktəbli qatılmışdır. Məktəblilərin təqdim etdiyi inşa və rəsm nümunələri ekspertlər tərəfindən qiymətləndirildikdən sonra seçilmiş nümunələrin müəllifləri olan məktəblilər ilə Zoom platformasında görüşlər təşkil olunmuşdur. Qaliblər müsabiqələrə təqdim etdikləri və onlayn görüşlər zamanı yazdıqları inşalara, həmçinin çəkdikləri rəsmlərə əsasən müəyyən edilmişdir. Qaliblər və fərqlənən şagirdlər hədiyyələr və sertifikatlarla mükafatlandırılmışdır. Müsabiqə haqqında geniş məlumat yerli mediada və Global Money Week rəsmi veb səhifəsində yayımlanmışdır.
(bizimpullar.az/news/detail/412; https://issuu.com/oecd-daf/docs/gmw_annual_report_2021_pages_view/s/13525798)
Bunlarla yanaşı Nizami Gəncəvinin əsərlərindən iqtisadi motivli beytlər seçilərək inşa və rəsm müsabiqəsi üçün xüsusi yaradılan veb səhifədə (https://nizami880.cbar.az/) yerləşdirilmişdir.
Müxtəlif auditoriyaların böyük marağını nəzərə alaraq Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlərin davamı olaraq dahi şairin iqtisadi motivli “Beytlər” toplusu kitabça şəklində nəşr edilmişdir.
“Beytlər” toplusu kitabxanalara göndəriləcək, habelə Maliyyə savadlılığı mövzusuna həsr edilmiş müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyə ediləcəkdir.
Dİgər xəbərlər
07-03-2025
Təkliflərin cəlb edilməsi barədə elan