Xəbərlər
Azərbaycanın sığorta sektorunun təmsilçiləri Beynəlxalq Sığorta Forumu və Konqresində iştirak etmişlər
09-03-2022
9 mart 2022-ci il, Bakı: Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Sığorta Forumu və Konqresində iştirak etmişlər.
Tədbirdə "Azərbaycan sığorta sektorunun inkişaf mərhələləri və beynəlxalq əməkdaşlıq imkanları" mövzusunda təqdimat edilmişdir.
Konqres çərçivəsində Türkiyə Sığorta Birliyi ilə Azərbaycanın nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüşdə türk dünyası ölkələrinin sığorta sektorunun mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin növbəti mərhələdə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə dair geniş müzakirələr aparılmışdır.
Dİgər xəbərlər
26-11-2024
Bildiriş
26-11-2024
Valyuta hərracı barədə
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan