Xəbərlər

Valyuta hərracı barədə

29-03-2022

29 mart 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 105,0 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.