Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

25-05-2022

2022-ci il; Bakı – 18 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı” mövzusu üzrə attestasiya keçirilmişdir.

 

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 6 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

 

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                           (Aktuarilər)

                    

№

Namizədin adı

Topladığı bal

1.        

Məmmədli Orxan Məmmədağa oğlu

65

2.        

Əhməd-zadə Ülkər Aqil qızı

80.5

3.        

Əfəndi Elvin Oqtay oğlu

67.5

4.        

Vəliyev Nəsir Asif oğlu

66

5.        

Mirzəlyev Ağa Elbrus oğlu

64.5

6.        

Vəliyeva Sevanə Həmdulla qızı

72.5