Xəbərlər

"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun görüşü

27-05-2022

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 02.06.2022-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planı və Dünya Bankının yeni Əlverişli Biznes Mühiti (Business Enabling Environment - BEE) layihəsi ilə əlaqədar məlumat veriləcək və müzakirələr həyata keçiriləcəkdir.

 

YER: “Webex” onlayn platforması

 

GÜNDƏLİK - 02.06.2022 - "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun iclası