Xəbərlər
Həyat sığortası üzrə sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir
10-06-2022
10 iyun 2022-ci il, Bakı: Mərkəzi Bankda ölkədə həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilmişdir.
Görüş zamanı Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə, praktiki nümunələrinə, xüsusi indikatorlarına və bu sahədə qanunvericiliyin tələblərinə dair geniş məlumat verilmiş, sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılmışdır.