Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞULARI elan edir
20-07-2022
1. Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binalarında yerləşən Avtomatlaşdırılmış Telefon Stansiyalarına servis xidmətinin satın alınması;
2. Azərbaycan Respublikası Mərkəzi Bankının avtomatik telefon stansiyasının (ATS) təkmilləşdirilməsi işlərinin satın alınması;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisi və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması;
4. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin, müvafiq sahəyə uyğun zəruri ehtiyat hissələrinin satın alınması;
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluğun satın alınması;
6. Azərbaycan Respublikasının Mərkəzi Bankında quraşdırılmış avtomatlaşdırılmış stellaj-konteyner sistemlərinə texniki qulluqla (servislə) bağlı xidmətin satın alınması;
7. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün UPS avadanlıqları akkumulyatorlarının təchizatı və quraşdırılması işlərinin satın alınması;
8. Azərbaycan Respublikası Mərkəzi Bankının Biləsuvar şəhərində yerləşən ərazi idarəsinin binası üçün bir ədəd 40kVA UPS avadanlığının təchizatı və quraşdırılması işlərinin satın alınması.
Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalrının vahid internet portalından (https://etender.gov.az/) (Portal) əldə edə bilərlər.
Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 08 avqust 2022-ci il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 09 avqust 2022-ci il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Akif Əskərov, telefon - 493 11 22 (daxili 484).
Satınalmalar komissiyası
Dİgər xəbərlər
26-11-2024
Təkliflərin cəlb edilməsi barədə elan