Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞULARI elan edir

29-08-2022


1. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması;

2. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğularına texniki xidmətin satın alınması;

3. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan lift qurğuları üçün zəruri ehtiyat hissələrinin satın alınması;

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən UPS avadanlıqları üçün akkumulyatorlarının təchizatı və quraşdırılması işlərinin satın alınması.

Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalrının vahid internet portalından (https://etender.gov.az/) (Portal) əldə edə bilərlər.

Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 02 sentyabr 2022-ci il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 05 sentyabr 2022-ci il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Akif Əskərov, telefon - 493 11 22 (daxili 484).

Satınalmalar komissiyası