Xəbərlər
Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞULARI elan edir
10-10-2022
1. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında kovrolit örtüyün mexaniki üsulla sulu-kimyəvi təmizlənməsi üzrə xidmətin satın alınması;
2. Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranın (stekker) satın alınması.
Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) (Portal) əldə edə bilərlər.
Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 26 oktyabr 2022-ci il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 27 oktyabr 2022-ci il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Akif Əskərov, telefon - 493 11 22 (daxili 484).
Satınalmalar komissiyası
Dİgər xəbərlər