Xəbərlər

Tender elanı

17-10-2022


1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

Satınalma predmeti 1: Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi üzrə xidmətin satın alınması;

Satınalma predmeti 2: Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə Sertifikatlaşma Mərkəzinin dəstəklənməsi üzrə xidmətin satın alınmsı.

2. Tender proseduru 15 noyabr 2022-ci il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş aşağıdakı məbləğlərdə iştirak haqqlarını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Satınalma predmeti 1: 450 (dörd yüz əlli) manat;

Satınalma predmeti 2: 250 (iki yüz əlli) manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafıq dövlət orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- Dəstəklənmə xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq sahə üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti (hər iki tender predmeti üzrə);

- Azərbaycan dilində tender təklifi (tender təklifi 27 dekabr 2022-ci il tarixinədək qüvvədə olmalıdır);

- Tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- İddiaçının müvafiq tender predmeti üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu);

- Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafıq dövlət orqanından arayış;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafıq dövlət orqanından arayış.

6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 14 noyabr 2022-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 02 noyabr 2022-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Satınalmaya başlanma vaxtı:

Satınalma predmeti 1: satınalma müqaviləsi imzalandığı gündən.

Satınalma predmeti 2: satınalma müqaviləsi imzalandığı gündən.

8. Xidmətlərin göstərilməsi müddəti:

Hər iki satınalma predmeti üzrə dəstəkləmə xidmətinin göstərilməsinə başlama tarixindən 1 (bir) il müddətində.

9. Qiymətləndirmə meyarları:

Hər iki satınalma predmeti üzrə: qiymət amili.

10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.