Xəbərlər
Valyuta hərracı barədə
15-11-2022
15 noyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 76,2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki hərrac əvəzinə yalnız bir hərracın keçirilməsi səbəbindən toplanmış tələblə əlaqədardır.
Dİgər xəbərlər