Xəbərlər

Elan

14-02-2023

Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati binaların fasadlarının təmizlənməsinə dair xidmətlərin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) (Portal) əldə edə bilərlər.

Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 28 fevral 2023-cü il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 01 mart 2023-cü il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Akif Əskərov, telefon - 493 11 22 (daxili 484).

 

Satınalmalar komissiyası