Xəbərlər

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri

16-03-2023

16 mart 2023-cü il, Bakı: Mərkəzi Bank tərəfindən 2022-ci ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğuların nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

 

Sorğu nəticələrinə əsasən 2022-ci ilin IV rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması müşahidə olunur. Banklar 2023-cü ilin I rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini  bildiriblər. Sektorun kredit siyasətində dəyişikliklər Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

 

2022-ci ilin IV rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdə tanış olmaq olar:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri