Xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək müsabiqənin ELANI

06-04-2023

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında onların maliyyə savadlılığının artırılması məqsədilə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” başlığı altında 6 aprel - 30 may 2023-cü il tarixlərində müsabiqə elan edir.

Müsabiqə Mərkəzi Bankın Virtual Təhsil Platformasının (https://edu.e-cbar.az) dörd kursu üzrə keçiriləcəkdir:

1. "İzafi borclanma: problemlər və tövsiyələr"

https://edu.e-cbar.az/course/preview.php?id=97

2. "Vətəndaşlar üçün sığorta"

https://edu.e-cbar.az/course/preview.php?id=104

3. "Kapital bazarlarının əsasları"

https://edu.e-cbar.az/course/preview.php?id=89

4. "Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil"

https://edu.e-cbar.az/course/view.php?id=105

Kurslar üzrə qeydiyyatdan keçən iştirakçılar müvafiq kursu bitirdikdən sonra ən geci 27 aprel 2023-cü il saat 18:00-dək Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşları ilə imtahan tarixini, saatını və formasını (onlayn və ya ənənəvi) razılaşdırmalıdırlar.

Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M

İmtahanda onlayn iştirak etmək istəyən kurs iştirakçıları onlara göndərilən linkə qoşularaq Mərkəzi Bankın əməkdaşının nəzarəti altında sualları cavablandıracaqlar. Ənənəvi imtahan vermək istəyən kurs iştirakçıları isə təyin edilmiş gündə və saatda Mərkəzi Bankın Bülbül prospekti 27 ünvanında yerləşən binasına yaxınlaşaraq onlar üçün ayrılmış kompüterdən istifadə etməklə kursun suallarını cavablandıra bilərlər.

Qaliblər dörd kurs üzrə ümumi nəticənin orta balına görə seçiləcəklər. Hər kurs üzrə balın 70% və ondan yuxarı olması mütləqdir.

Kursun qaliblərinə və fərqlənənlərə kompüterlər, planşetlər, daşınan akkumlyatorlar, qulaqcıqlar və digər qiymətli hədiyyələr təqdim ediləcəkdir.

Müsabiqə ilə bağlı sualı olanlar (+99412) 5983550, (+99450) 2090391 telefon nömrələri ilə əlaqə yarada, yaxud Maliyya_Savadliligi@cbar.az elektron poçtuna yaza bilərlər.