Xəbərlər

Mərkəzi Bankın məlumatı

24-06-2023

24 iyun 2023-cü il, Bakı: “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilmişdir.