Xəbərlər
Bayram günlərində bankların, milli poçt operatorunun və valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti ilə bağlı
25-06-2023
25 iyun 2023-cü il, Bakı: 26 iyun - 02 iyul 2023-cü il tarixləri olan qeyri-iş günlərində bankların filial və şöbələrinin, valyuta mübadilə məntəqələri və “Azərpoçt” MMC-nin bəzi şöbələri fəaliyyət göstərəcəklər.
Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki cədvəldə təqdim edilir.
Valyuta mübadiləsi məntəqələri
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı