Xəbərlər
"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun iclası
10-07-2023
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 12 iyul 2023-cü il tarixində saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə iclasının keçirilməsi nəzərdə tutulur.
İclasda Dünya Bankının hazırladığı “Business Ready” hesabatının Maliyyə xidmətləri indikatoru barəsində məlumat veriləcək, bu indikator üzrə cavablandırılmış sorğu vərəqələri və qiymətləndirmə nəticələrinə dair hazırlanmış arayış aidiyyəti İşçi qrupu üzvləri və məsul əməkdaşlarla müzakirə olunacaqdır.
Aşağıdakı keçiddən istifadə etməklə Komissiyanın internet portalında iclasla əlaqədar yerləşdirilmiş məlumat və iclasın gündəliyi ilə tanış olmaq mümkündür:
https://azranking.az/az/protocols-announcements
YER: “Webex” onlayn platforması.
Dİgər xəbərlər