Xəbərlər
Tender elanı
28-07-2023
- Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Avtomatlaşdırılmış telefon stansiyasının təkmilləşdirilməsi üzrə işlərin satın alınmasına dair açıq tender üsulu ilə elektron satınalma keçirir.
- Tender proseduru 29 avqust 2023-cü il tarixində saat 1500-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra – Portal) keçiriləcək.
- Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.
- Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq müəyyən edilmiş 150 (bir yüz əlli) manat məbləğlərdə iştirak haqqını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
- Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış;
- Azərbaycan dilində tender təklifi (tender təklifi 29 avqust 2023-cü il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);
- Tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;
- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış;
- İddiaçının müvafiq sahə üzrə son 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu) (bütün satınalma predmetləri üzrə).
- İddiaçılar tender üzrə tender təklifini və tender təklifinin bank qarantiyasını ən geci 28 avqust 2023-cü il saat 1800-a qədər, digər tələb olunan sənədləri isə ən geci 18 avqust 2023-cü il saat 1500-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.
- Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı tarixndən.
- İşlərin görülməsi müddəti: 90 (doxsan) təqvim günü müddətində.
- Qiymətləndirmə meyarı: qiymət amili.
- İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Dİgər xəbərlər