Xəbərlər

Tender elanı

17-08-2023

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aşağıdakı satınalma predmetləri üzrə açıq tender üsulu ilə elektron satınalma keçirir:

Satınalma predmeti 1: Müdaxilə sınaq simulyasiya və doğrulama sisteminin satın alınması;

Satınalma predmeti 2: Səlahiyyətli istifadəçilərinin fəaliyyətinə nəzarət sisteminə (PİM PAM) əlavə lisenziyaların satın alınması;

Satınalma predmeti 3: Kiber təhlükələrin kəşfiyyatı sisteminin satın alınması və tətbiqi üzrə implementasiyası işlərinin satın alınması;

Satınalma predmeti 4: Veb boşluqların aşkarlanması sisteminin satın alınması;

Satınalma predmeti 5: DDOS hücumundan mühafizə sisteminin satın alınması.

2. Tender proseduru 13 sentyabr 2023-cü il tarixində saat 15:00-da Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az) (bundan sonra – Portal) keçiriləcək.

3. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq elektron satınalmalarda iştirakına yol verilən sahibkarlıq subyektləri iştirak edə bilərlər.

4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”na müvafiq olaraq aşağıdakı məbləğlərdə iştirak haqqlarını Portal vasitəsilə ödəməklə tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər:

Satınalma predmeti 1 üzrə: 250 manat;

Satınalma predmeti 2 üzrə: 450 manat;

Satınalma predmeti 3 üzrə: 250 manat;

Satınalma predmeti 4 üzrə: 250 manat;

Satınalma predmeti 5 üzrə: 350 manat.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

5. Tenderdə iştirak etmək üçün iddiaçılar Portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:

- İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;

- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış;

- Azərbaycan dilində tender təklifi (tender təklifi 13 sentyabr 2023-cü il tarixindən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır);

- Tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

- İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;

- Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış;

- İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış;

- İddiaçının müvafiq sahə üzrə son 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu) (bütün satınalma predmetləri üzrə).

6. İddiaçılar hər bir tender üzrə tender təklifini və tender təklifinin bank qarantiyasını ən geci 12 sentyabr 2023-cü il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 4 sentyabr 2023-cü il saat 15:00-a qədər Portal vasitəsilə təqdim edə bilərlər.

7. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı tarixndən (bütün satınalma predmetləri üzrə).

8. Sistemlərin (lisenziyaların) təchizatı müddəti:

Satınalma predmeti 1 üzrə: 45 (qırx beş) iş günü müddətində;

Satınalma predmeti 2 üzrə: 60 (altmış) iş günü müddətində;

Satınalma predmeti 3 və 5 üzrə: 30 (otuz) iş günü müddətində;

Satınalma predmeti 4 üzrə: 20 (iyirmi) iş günü müddətində.

9. Qiymətləndirmə meyarı: qiymət amili (bütün satınalma predmetləri üzrə).

10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.