Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir

07-09-2023

Satınalmanın predmeti: İnvestisiya pul nişanı üçün futlyarın hazırlanması və təchizatı

Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) (Portal) vasitəsilə əldə edə bilərlər.

Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 22 sentyabr 2023-cü il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Qiymət təkliflərinin açılışı 25 sentyabr 2023-cü il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Günay Əhmədli, telefon - 493 11 22 (daxili 484).

 

Satınalmalar komissiyası