Xəbərlər

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə

11-09-2023

11 sentyabr 2023-cü il, Bakı: Mərkəzi Bank tərəfindən 2023-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.

 

Sorğu nəticələrinə əsasən 2023-cü ilin II rübündə bankların kreditləşmə siyasətinin yumşalması və kreditlər üzrə tələbin artması davam etmişdir. Kredit standartlarının yumşalması, əsasən biznes və istehlak kreditləri üzrə müşahidə edilmişdir. Banklar 2023-cü ilin III rübündə də kreditləşmə siyasətində yumşalmaların davam edəcəyini və kredit tələbinin artacağını gözlədiklərini bildiriblər. Sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

 

2023-cü ilin II rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq olar:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri