Xəbərlər

Azərbaycan Respublikasının Mərkəzi Bankı KOTİROVKA SORĞUSU elan edir

02-10-2023

Satınalmanın predmeti: Stolüstü pul dəstləyən və pulun həqiqiliyini yoxlayan (detektor) avadanlıqların satın alınması

Kotirovka sorğusunda iştirak etmək arzusunda olan malgöndərənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) (Portal) vasitəsilə əldə edə bilərlər.

Kotirovka sorğusu üzrə təklif və digər zəruri sənədlər ən geci 16 oktyabr 2023-cü il saat 18:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Qiymət təkliflərin açılışı 17 oktyabr 2023-cü il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs – Günay Əhmədli, telefon - 493 11 22 (daxili 484).

 

Satınalmalar komissiyası