Xəbərlər
Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak edir
12-10-2023
12 oktyabr 2023-cü il, Bakı: 12-14 oktyabr 2023-cü il tarixlərində Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başlamışdır.
Səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Marrakeş şəhərində keçirilən İllik Toplantılarının plenar iclaslarında və Azərbaycanın daxil olduğu Seçki Qrupunun tədbirində iştirak edəcəkdir. Eyni zamanda DB və BVF-nin rəhbər vəzifəli şəxsləri, Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya təşkilatları və bankların rəhbərliyi ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Dİgər xəbərlər