Xəbərlər
Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir
27-12-2023
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 26.12.2023-cü il saat 14:15-də “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
İclasda 2023-cü il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilmiş, həmçinin 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilmişdir. Bundan başqa, iclasda maliyyə institutları nümayəndələri və biznes subyektlərinin Dünya Bankının B-Ready hesabatı ilə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində növbəti addımlar ətrafında fikir mübadiləsi aparılmışdır.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Nazirlər Kabinetinin, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri və özəl sektordan işçi qrupu üzvləri iştirak etmişdir.
Dİgər xəbərlər