Xəbərlər
Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanlar barədə ELAN
07-01-2024
“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, “Qeyri-həyat sığortası riyaziyyatı”, “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə aşağıda qeyd edilən tarixlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında imtahanlar keçiriləcəkdir.
İmtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.
Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanların
QRAFİKİ
№ |
Mövzunun adı |
Attestasiya tarixi |
Saat |
1 |
Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı |
01.04.2024 |
10:00 |
07.10.2024 |
10:00 |
||
2 |
Qeyri-həyat sığortası riyaziyyatı |
15.04.2024 |
10:00 |
21.10.2024 |
10:00 |
||
3 |
Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər |
29.04.2024 |
10:00 |
04.11.2024 |
10:00 |
||
4 |
Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri |
06.05.2024 |
10:00 |
18.11.2024 |
10:00 |
Dİgər xəbərlər