Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

31-01-2024

2024-cü il; Bakı – 24 yanvar 2024-cü il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən  Kazımova Firuzə Firdovsi qızı 70 bal toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.