Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
14-02-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nəqliyyat vasitələrinə texniki qulluq və təmir xidmətlərinin satın alınması üzrə açıq tender keçirir.
2. Təkliflərin açılma proseduru 14 mart 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 14 mart 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Xidmətin təqdim edilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev,
Vəzifəsi: Böyük mütəxəssis,
Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az
Dİgər xəbərlər