Xəbərlər

Mərkəzi Bankın məlumatı

16-02-2024

16 fevral 2024, Bakı: Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 31 yanvar 2024-cü il tarixli Fərman imzalanmışdır.

 

Qeyd edilən Fərman əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv edilmişdir.