Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
05-03-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Kompüter, noutbuk, printer, şəbəkə və digər ofis avadanlıqlarının satın alınması üzrə açıq tender keçirir.
2. Təkliflərin açılma proseduru 04 aprel 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 450 (dörd yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 04 aprel 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların təqdim edilməsi müddəti: Mallar satınalma müqaviləsinin imzalandığı tarixdən 60 (altmış) iş günü ərzində Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında təhvil verilməlidir.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Şəhriyar Azər oğlu İmanov
Vəzifəsi: Böyük mütəxəssis
Shahriyar_Imanov@cbar.az
Satınalmalar komissiyası
Dİgər xəbərlər