Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

07-03-2024

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri sorğusunun keçirilməsi xidmətinin açıq tender metodu ilə satınalınmasını keçirir.

2. Təkliflərin açılma proseduru 09 aprel 2024-cü il tarixində saat 15:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 350 (üç yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 09 aprel 2024-cü il saat 15:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev,

Vəzifəsi: Böyük mütəxəssis,

Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az

Satınalmalar komissiyası