Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
13-03-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və server avadınlıqları üçün yaddaş massivlərinin satın alınması üzrə kotirovka sorğusu keçirir.
2. Təkliflərin açılma proseduru 02 aprel 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusunda mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 186,65 (yüz səksən altı manat 65 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 02 aprel 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7. Malın təqdim edilməsi müddəti: Mallar satınalma müqaviləsinin imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində tələbata uyğun sifarişlər əsasında 15 (on beş) iş günü ərzində Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında təhvil verilməlidir.
8. Qiymətləndirmə meyarı: qiymət amili.
9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:
Şəhriyar Azər oğlu İmanov
Vəzifəsi: Böyük mütəxəssis
Shahriyar_Imanov@cbar.az
Satınalmalar komissiyası
Dİgər xəbərlər