Xəbərlər
Mərkəzi Bankın rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfəri başlayır
22-04-2024
22 aprel 2024-cü il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi altında Azərbaycanın bankçılıq missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri başlayır.
Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.
Səfər çərçivəsində bankçılıq missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlərin təşkil olunacağı da gözlənilir.
25 aprel tarixinədək davam edəcək missiyanın əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.
Dİgər xəbərlər