Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
20-05-2024
2024-cü il; Bakı – 07 may 2024-cü il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Qəhrəmanzadə Səma Əli qızı |
86 bal |
2. |
Quluzadə Firuzə Tapdıq qızı |
91 bal |
3. |
Əliyeva Aybəniz Yusif qızı |
69 bal |
4. |
Abdinbəyov Müslim Riad oğlu |
57 bal |
Dİgər xəbərlər
05-06-2025
Təkliflərin cəlb edilməsi barədə elan
05-06-2025
Bildiriş
03-06-2025
Bildiriş