Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
03-06-2024
2024-cü il; Bakı – 21-23 may 2024-cü il tarixlərində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 11 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Kazımova Pərvanə Gülbala qızı |
70 bal |
2. |
Şeydayeva Aysel Qabil qızı |
72 bal |
3. |
Məmmədova Fatmaxanım Firudin qızı |
70 bal |
4. |
Əliyev Elmir Bayram oğlu |
85 bal |
5. |
Ələkbərov Şəhriyar Tahir oğlu |
73 bal |
6. |
Tahirov Zamin Nizami oğlu |
78 bal |
7. |
Xəlilova Fidan Elşən qızı |
70 bal |
8. |
Abdullayev Kamran Aqşin oğlu |
82 bal |
9. |
Rüstəmova Əfsanə Mehdi qızı |
73 bal |
10. |
Mustafazadə Elvina Nuruş qızı |
79 bal |
11. |
Kazımova Nigar Mübariz qızı |
87 bal |
Dİgər xəbərlər