Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

04-07-2024

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsərrüfat mallarının açıq tender metodu ilə satın alınmasını keçirir.

2. Təkliflərin açılma proseduru 25 iyul 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 25 iyul 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Malın təqdim edilməsi müddəti: Mallar satınalma müqaviləsinin imzalandığı tarixdən etibarən 1 (bir) il ərzində tələbata uyğun sifarişlər əsasında 3 (üç) iş günü ərzində Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına çatdırılmalıdır.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs:

Günay Əlihüseyn qızı Əhmədli

Satınalma mütəxəssisi

Gunay_Ahmadli@cbar.az

Satınalmalar komissiyası