Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
23-07-2024
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nutanix virtual platformasında daimi yaddaş sahəsinin artırılması üçün lisenziyaların satın alınması üzrə kotirovka sorğusu keçirir.
2. Təkliflərin açılma proseduru 12 avqust 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 119,03 (yüz on doqquz manat 03 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 12 avqust 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7. Malların təqdim edilməsi müddəti: 30 (otuz) iş günü ərzində çatdırılmalıdır.
8. Qiymətləndirmə meyarı: qiymət amili.
9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:
Könül Zakir qızı Əliyeva
Aparıcı satınalma mütəxəssisi
Konul_Aliyeva@cbar.az
Satınalmalar komissiyası