Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

25-07-2024

2024-cü il, Bakı – 23 və 24 iyul 2024-cü il tarixlərində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 5 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

Soyad, ad, ata adı

Topladığı bal

1.     

Nağıyeva Aysel Çingiz qızı

85 bal

2.     

Məmmədli Məryəm Elxab qızı

58 bal

3.     

Məmmədova Nərmin Azər qızı

54 bal

4.     

Məmmədova Fərzanə Xanlar qızı

59 bal

5.     

Qafarova Məlahət Ramiz qızı

70 bal

6.     

Kazımova Nərgiz Araz qızı

67 bal

7.     

Xəlilova Mətanət Nizami qızı

45 bal

8.     

Məmmədova Pərvinə Alim qızı

63 bal

9.     

Həsənzadə Mahnur Adil qızı

72 bal

10.   

Əhmədova Aygün Bəxtiyar qızı

66 bal

11.   

Məmmədova Aynurə Vaqif qızı

72 bal

12.   

Vəliyeva Turanə Rəşad qızı

67 bal

13.   

Xəlilova Mələk Zamin qızı

74 bal