Xəbərlər
Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə
09-08-2024
09 avqust 2024-cü il, Bakı: 06 avqust 2024-cü il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 7 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ |
Soyad, ad, ata adı |
Topladığı bal |
1. |
Hüseynov Elşən Şirinbala oğlu |
43 bal |
2. |
Müseyibli Fəxri Adil oğlu |
79 bal |
3. |
Cəfərli Hafiz İbiş oğlu |
71 bal |
4. |
Həsənzadə Mübariz Ramiz oğlu |
74 bal |
5. |
Teymurova Aytac Əhməd qızı |
77 bal |
6. |
Zeynalova Alsu İsfəndiyar qızı |
73 bal |
7. |
Nəzərli Orxan Gündüz oğlu |
45 bal |
8. |
Əlizadə Vüqar İlqar oğlu |
60 bal |
9. |
İsmayılova Fidan Məhərrəm qızı |
73 bal |
10. |
İbrahimova Jalə Şakir qızı |
71 bal |
11. |
Hüseynova Sevda Kamran qızı |
43 bal |