Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

13-08-2024

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Geyimlərin satın alınması üzrə kotirovka sorğusu keçirir.
  2. Təkliflərin açılma proseduru 04 sentyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
  3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
  4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 45,55 (qırx beş manat 55 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır. 

  1. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 04 sentyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
  2. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
  3. Malların çatdırılma müddəti: satınalma müqavilə imzalandığı tarixdən 50 (əlli) iş günü müddətində.
  4. Qiymətləndirmə meyarı: qiymət amili.
  5. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:  Abdulla Cabir oğlu Böyükkişiyev

          Vəzifəsi: Böyük mütəxəssis

        Elektron poçt ünvanı: abdulla_boyukkishiyev@cbar.az

 

          Satınalmalar komissiyası