Xəbərlər
Mərkəzi Bank tərəfindən "Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı"nın bank nümayəndələrinə onlayn təqdimatı keçirilib
16-08-2024
16 avqust 2024-cü il, Bakı: Azərbaycan Mərkəzi Bankı tərəfindən "Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı"nın banklara onlayn təqdimatı keçirilib.
Təqdimat zamanı banklarda iqlim və digər ətraf mühit risklərinin idarəetmə çərçivəsi, daxili siyasət və prosedurlar, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqi üzrə tövsiyələrin tətbiqi məsələləri müzakirə edilib.
Görüş interaktiv formatda təşkil edilib, bank nümayəndələrinin sualları cavablandırılıb və bu istiqamətdə təkliflər dinlənilib. Müzakirələrin nəticəsində banklarda iqlim risklərinin idarə edilməsi potensialının artırılması, habelə iqlim riskləri üzrə məlumatlara çıxışın təmin edilməsi üzrə növbəti addımlar müəyyən edilib.