Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

03-09-2024

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarında istismar olunan elektrik avadanlıqlarına texniki dəstək xidmətinin satın alınması üzrə açıq tender keçirir.

2. Təkliflərin açılma proseduru 25 sentyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 250 (iki yüz əlli) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Satınalma prosedurunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 25 sentyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Xidmətin göstərilməsi müddəti: satınalan təşkilatın sifarişi əsasında 2 (iki) həftə ərzində.

9. Qiymətləndirmə meyarı: qiymət amili.

10. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Əlaqələndirici şəxs:

Günay Əlihüseyn qızı Əhmədli

Satınalma mütəxəssisi

Gunay_Ahmadli@cbar.az

Satınalmalar komissiyası